Ermənistan parlamenti iclas keçirə bilmir - YETƏRSAY ALINMIR

Ermənistan parlamentinin növbəti toplantısını keçirmək üçün yetərsay alınmayıb.

Bunu parlamentin sədri Ara Babloyan deyib.

Spiker bildirib ki, hazırda iclas zalında 41 deputat var. 105 üzvü olan Ermənistan parlamentində iclasın baş tutması üçün yetərsay isə 53 nəfərdir (50+1 faiz). Buna görə də o, deputatların yığışmasını gözləməyi təklif edib.

Xatırladaq ki, dünən erməni parlamenti gecə saatlarına qədər baş nazir Nikol Paşinyanın tərəfdarları tərəfindən mühasirədə saxlanıb. Baş nazirin tərəfadarları deputatları bayıra buraxmayaraq, onlardan MM reqlamenti haqqında qanun düzəlişini ləğv etməyi tələb ediblər.

Nikol Paşinyan özü isə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı görüşlər keçirib. O bu siyasi kampaniaynın dekabrın 3-dək keçirlməsini təklif edib. (Virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top