"Roma" və "Yuventus"dan qələbə, "Real" uduzdu, "Bavariya"dan heç-heçə


Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura start verilib.


İlk oyun günündə 4 qrupda 8 qarşılaşma keçirilib.

"Bavariya" öz meydanında "Ayaks"ı qəbul edib. Münhen klubu matça erkə qolla başlasa da, yekunda meydanı 1 xalla tərk edib - 1:1. 

Turnirin son qalibi "Real" Rusiyada SSKA-nın qonağı olub. Artıq 2-ci dəqiqədə rəqib qapısına yol tapan "hərbçilər" sona kimi qələbə hesabını qorumaöa müvəffəq olub.

"Mançester Siti" Almaniyada "Hoffenhaym"la qarşılaşıb. Almanlar 44-cü saniyədə hesabı açsalar da, sonda 3 xal "şəhərlilər"ə qismət olub - 2:1.

"Yuventus" Turində "Yanq Boyz"u sınağa çəkib. Dibalanın het-triki italyanlara qələbə qazandırıb.

Qeyd edək ki, 2-ci tura sabah keçiriləcək 8 oyunla yekun vurulacaq.

2 oktyabr


E qrupu

AEK (Afina, Yunanıstan) - "Benfika" (Portuqaliya) 2:3
Qollar: 
Haris Seferoviç, 6 (0:1), Aleks Grimaldo, 15 (0:2), Klonaridis, 53 (1:2); 63 (2:2), Semedo, 74 (2:3)

"Bavariya" (Münhen, Almaniya) - "Ayaks" (Hollandiya) 1:1 
Qollar: Mats Hummels, 4 (1:0), Nosair Mazraoui, 22 (1:1)
 
1.
 
Ayaks 2 1 1 0 4:1 4
2. Bavariya 2 1 1 0 3:1 4
3. Benfika 2 1 0 1 3:4 3
4. AEK 2 0 0 2 2:5 0


F qrupu 

"Hoffenhaym" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 1:2
Qollar:
 Belfodil, 1 - Aquero, 7; Silva, 87

"Lion" (Fransa) - "Şaxtyor" (Donetsk, Ukrayna) 2:2
Qollar: Moraes, 44 (0:1); 55 (0:2), Dembele, 70 (1:2), Dubois, 72 (2:2)
 
1. Lion 2 1 1 0 4:3 4
2. Mançester Siti 2 1 0 1 3:3 3
3. Şaxtyor 2 0 2 0 4:4 2
4. Hoffenhaym 2 0 1 1 3:4 1

G qrupu 

MOİK (Moskva, Rusiya) - "Real Madrid" (İspaniya) 1:0
Qol: Nikola Vlasiç, 2

"Roma" (İtaliya) - "Viktoriya" (Plzen, Çexiya) 5:0 
Qollar: Edin Dzeko, 3, 40, Ündər, 64, Kluyvert, 73, Dzeko, 90+2
 
1. MOİK 2 1 1 0 3:2 4
2. Real 2 1 0 1 3:1 3
3. Roma 2 1 0 1 5:3 3
4. Viktoriya 2 0 1 1 2:7 1


H qrupu 

"Yuventus" (İtaliya) - "Yanq Boyz" (İsveçrə) - 3:0
Qollar:
 Dibala, 5, 34, 69

"Mançester Yunayted" (İngiltərə) - "Valensiya" (İspaniya) - 0:0
 
1. Yuventus 2 2 0 0 5:0 6
2. Mançester Yunayted 2 1 1 0 3:0 4
3. Valensiya 2 0 1 1 0:2 1
4. Yanq Boyz 2 0 0 2 0:6 0

(qol.az)

DİGƏR XƏBƏRLƏR

Top