Paşinyan: Tezliklə istefa verəcəyəm

 
Ermənistanın Baş naziri Nikol Paşinyan erkən parlament seçkilərinin keçirilməsi üçün yaxın vaxtlarda istefaya getməyə hazırlaşır. Yeniavaz.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, o bu barədə bəyanatı ölkə parlamentinin binası qarşısında keçirilən nümayişdə verib.
 
Onun sözlərinə görə, bu addımıyla göstərir ki, vəzifədən yapışmır və növbədənkənar parlament seçkilərinin yekunları üzrə yenidən seçilmək məqsədilə tezliklə istefa verəcək: “Nazirlərin istefası haqqında qərar de-yure qüvvəyə mindikdən sonra öz istefamı elan edəcəyəm”. Bundan sonra parlament iki həftə ərzində iki dəfə yeni Baş naziri seçməməlidir.
 
N. Paşinyan bildirib: “Lakin parlament Baş naziri seçsə, qoy olsun. Yox əgər seçməsə, erkən parlament seçkiləri keçiriləcək”. O deyib ki, əgər xalq növbədənkənar seçkilərin keçirilməsini istəyirsə, o, yeni Baş nazirin seçilməsinə imkan verməyəcək: “Əgər müəyyənləşsə ki, xalq erkən seçkilərin tərəfdarıdır, o zaman biz yeni Baş nazirin seçilməsinə imkan verməyəcəyik. Lakin istefadan sonra mən Baş nazirin funksiyalarını icra etməyə davam edəcəyəm”. Bu bəyanatdan sonra Baş nazir danışıqlar üçün parlamentə yollanıb.

DİGƏR XƏBƏRLƏR

Top