Ermənistan parlamenti ilə bağlı qalmaqallı qanun layihəsi qəbul edilib


Ermənistan parlamenti "Milli Məclisin reqlamenti haqqında" qanuna düzəlişlər edilməsi barədə qalmaqallı qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Layihənin lehinə 67 deputat səs verib.

Növbədənkənar iclas bir neçə dəqiqə davam edib, baş nazir Nikol Paşinyanın çağırışı ilə "Yelk" (Çıxış) fraksiyası səsvermədə iştirak etməyib.

Qeyd edək ki, qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda (məsələn, Milli Məclisin fəaliyyəti dayandırıldıqda) parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top