Şəmkirdə oğurluq edən şəxs: "Qızılları aparıb başqa rayonlarda satırdım"


Şəmkir rayon Polis Şöbəsinə müraciət edən rayon sakini mənzilindən qızıl əşyalarının və nağd pulunun oğurlandığını bildirib. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə dərhal Şəmkir RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın mənzildən 5 min manat dəyərində qızıl-zinət əşyaları və 1780 manat nağd pul oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qarətçinin qonşuluqda kirayədə yaşayan Tərtər rayon sakini, 44 yaşlı Pərviz Cəfərov olduğu müəyyən edilərək saxlanılıb. Saxlanılan Pərviz Cəfərov Şəmkirə cinayəti törətməzdən bir neçə gün əvvəl qarəti planlaşdırdığını deyib.
O, əldə etdikləri qızıl-zinət əşyalarını müxtəlif rayonlarda satdığını da etiraf edib. 
Faktla bağlı araşdırmalar. 
Vüqar Nəbiyev, Şəmkir

DİGƏR XƏBƏRLƏR

Top