Meriya yoxlamalara başladı - Bakı Lift-Təmir İstehsalat Birliyində​


Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) inventarlaşdırma işlərinin aparılması ilə bağlı komissiya yaradılıb.

Bununla bağlı BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov sərəncam imzalayıb.

Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılacaq.

“İnventarlaşdırma işləri normal hal sayılır və vaxtaşırı olaraq bütün idarə və təşkilatlarda keçirilir”, - BŞİH-dən daxil olan məlumatda bildirilib.
Qeyd edək ki, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov bir müddət əvvəl qızına dəbdəbəli toy etməsi xəbərlərilə gündəmə gəlmişdi. (Report)

DİGƏR XƏBƏRLƏR

Top