Avropa Birliyi Facebooku 1,6 mlrd. dollar cərimələyə bilər


Avropa İttifaqı məlumatların konfedensiallığının pozulması səbəbindən Amerikanın Facebook şirkətini 1,6 mlrd. dollar dəyərində cərimələmək fikrindədir. Bu barədə "The Wall Street Journal" yazıb. Facebookun cərimələnməsi sosial şəbəkənin ötən həftə 50 mln. istifadəçisinin məlumatlarının ələ keçirilməsi ilə bağlı ola bilər.

Reqlamentə görə, sosial şəbəkə öz istifadəçilərinin məlumatlarının qorunması üçün kifayət qədər tədbirlər görməyib. Bu səbəbdən Facebook ilkin mərhələdə 23 milyon dollar cərimə oluna və ya illik gəlirinin 4%-dən məhrum edilə bilər. (FaktXəbər)

DİGƏR XƏBƏRLƏR

Top