Çörək almaq üçün evdən çıxan Bakı sakini itkin düşüb - VİDEO

Bakı sakini, 1985-ci il təvəllüdlü Vüsal Osmanov iyulun 8-də çörək almaq üçün evdən çıxıb və bir daha geri qayıtmayıb.

Yeniavaz.com “Xezerxeber”ə istinadən xəbər verir ki, yaxınlarının sözlərinə görə, Vüsalın heç kəslə problemi və mübahisəsi olmayıb. 

Heç kəsə də borcu yoxdur. Hara gedə biləcyi ilə bağlı heç bir ehtimal yoxdur, üstəlik bu günədək qohumları ilə birgə aparılan axtarışlar nəticə verməyib.

Ailəsi Vüsalın yolunu gözləyir.

Vüsal Osmanovun itməsi ilə bağlı polisə də məlumat verilib və 8-ci polis bölməsi tərəfindən axtarışlar davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top