Bakıda böyük tıxac, avtobuslar gecikir - "Xahiş edirik, anlayışla qarşılasınlar"


Bakının küçə və prospektlərində tıxac səbəbindən avtobuslar gecikir.

Bu dəqiqələrdə Bakı şəhəri üzrə bəzi küçə və prospektlərdə sıxlıq və tıxac müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır: "Sərnişinlərdən xahiş edirik ki, sıxlıq və tıxacla əlaqədar avtobusların ləngiməsini anlayışla qarşılasınlar".
(Open.az)

DİGƏR XƏBƏRLƏR

Top