"Qarabağ" - "Arsenal": hakim təyinatları açıqlandı


"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda evdə "Arsenal"la keçirəcəyi oyuna təyinatlar açıqlanıb. Yeniavaz.com qol.az-a istinadən xəbər verir ki, görüşü italiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Davide Massa, yan xətt hakimləri isə Filippo Meli və Alessandro Kostanzo olacaq. Əlavə köməkçi hakimlər funksiyasını Daniele Doveri və Mixael Fabbri yerinə yetirəcək. Matçın 4-cü hakimi isə Fabiano Pretidir.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionun keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu saat 20:55-də start götürəcək.

DİGƏR XƏBƏRLƏR

Top