"Avtobusda olan sərnişinlərin əksəriyyəti məktəbli olub​"


Xəbər verdiyimiz kimi, birneçə saat əvvəl Binə qəsəbəsində sərnişin avtobusu qatarla toqquşub. Azərbaycan Dəmir Yolları QSC-nin sədr müavini Əlirza Süleymanov jurnalistlərə açıqlamasında bildirib ki, avtobus qatarın qarşısına çıxıb: “İcazə verilən sürət həddi 40 km/saat olsa da, qatar 30 km/saat sürətlə gəlib. Qatar avtobusla toqquşduqdan sonra relsdən çıxaraq 90 dərəcə sağa dönüb və məntəqəyə çırpılıb. Qəza nəticəsində quruma dəyən ziyan hesablanacaq”.

Sədr müavini, həmçinin qeyd edib ki, avtobusda olan sərnişinlərin əksəriyyəti məktəbli olub.

Qəzada həlak olan azyaşlının da məktəbli olduğu bildirilib: "12-13 yaşında uşaq xəstəxanaya aparılarkən yolda keçinib".(Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top