Vahid Ələkbərov 9 aya 4 milyarddan çox dollar qazanıb


İlin əvvəlindən 23 rusiyalı dollar milyarderin məcmu kapitalı 18,5 milyard dollar artıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, “Novatek”in başçısı Leonid Mihelson rusiyalı milyarderlər arasında birinci və ümumi reytinqdə isə 38 yeri tutur.
O, 9 ay ərzində sərvətini 4,93 milyard dollar artıraraq 21,6 milyard dollara çatdırıb. Siyahıda ikinci olan (ümumi reytinqdə 42-ci) Novolipetsk metallurgiya kombinatının Direktorlar Şurasının sədri Vladimir Lisin ilin əvvəlindən sərvətini 2,55 milyard çoxaldaraq 20,6 milyard dollara yüksəldib.
Rusiyalılar arasında üçüncü və ümumi reytinqdə 43-cü olan “Severstal”ın əsas səhmdarı Aleksey Mordaşovun kapitalı 491 milyon artaraq 20,2 milyard dollar təşkil edib.  
Siyahının beşincisi “Lukoyl”un Azərbaycan əsilli prezidenti Vahid Ələkbərov ilin əvvəlindən sərvətini 4,28 milyard artıraraq 16,9 milyard dollara çatdırıb. 

DİGƏR XƏBƏRLƏR

Top