Türkiyədə “qanuni oğru” döyülərək tituldan məhrum edildi


Türkiyədə 10 “qanuni oğru”nun iştirakı ilə 31 yaşlı İrakli Rexviaşvili “oğru” titulundan məhrum edilib. Yeniavaz.com “Lenta.ru” saytına istinadla xəbər verir ki, kriminal dairələrdə Tarzan kimi məşhurdur.

İnsident sentyabrın 29-da baş verib. Baş verən Tarzanın 2014-cü ildə kriminal avtoritet Roman Xmaladzenin (Roma Batumski) “oğru” titulundan məhrum edilməsində əlaqəsinə görə qisas olub.

Bundan başqa, Tarzana hücum edənlər onun nüfuzlu “qanuni oğru” Mindiya Qoradzenin (Lavasoğlu Batumski) ünvanına xoşagəlməz sözlər işlətməsinə görə bu addımı ata bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top