Sabah hava necə olacaq? - PROQNOZ


Oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq. Bu barədə Yeniavaz.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 24-28, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 10-15, gündüz19-24 dərəcə isti təşkil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top