Bakıda orta aylıq əmək haqqı 70 qəpik azalıb - SİYAHI


Bu ilin yanvar-iyul aylarında Bakı şəhəri üzrə işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 12 444 nəfər artaraq 706 min 577 nəfər olub. Yeniavaz.com Bakı Şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu ilin yanvar-iyul aylarında  işçilərin orta aylıq nominal əmək haqqı 789 manat 90 qəpik olub. Əvvəlki ayla müqayisədə orta aylıq nominal əmək haqqı 70 qəpik azalıb.
Ən yüksək əmək haqqı Səbail rayonunda qeydə alınıb. Bu rayonda çalışan 112 367 nəfər muzdlu işçinin orta aylıq əmək haqqı 1447 manat 70 qəpik təşkil edib. Ən az əmək haqqı isə Binəqədi rayonunda verilib. Bu rayonda 45 094 min işçinin işlədiyi və onlara ayda orta hesabla 448 manat 60 qəpik əmək haqqı verildiyi bildirilir.
Paytaxtın digər rayonlarında işçilərin sayı və orta aylıq əmək haqqı bu cür olub:

Rayonlar

Muzdlu
işçilərin sayı
(nəfər)

Orta aylıq
əmək haqqı
(manat)

Binəqədi 45 094 448,6
Xətai 62 855 774,1
Xəzər 30 248 733,3
Qaradağ 25 548 1 039,9
Nərimanov 67 064 516,4
Nəsimi 159 853 653,0
Nizami 43 403 652,1
Pirallahı 8 171 1 458,3
Sabunçu 27 222 498,2
Səbail 112 367 1 447,7
Suraxanı 19 310 570,3
Yasamal 105 442 692,4
 
 

DİGƏR XƏBƏRLƏR

Top