Kəndli qadın QRU polkovnikini tanıyıb

Rusiyanın uzaq şərqinin sakini olan qadın Britaniyada martın 4-də Skripallara qarşı həyata keçirilmiş Solsberi hücumunda əsas şübhəlilərdən birini tanıdığını BBC-yə bildirib.

Qadın fotoya baxan kimi şübhəlinin "Rusiya qəhrəmanı" adına layiq görülmüş Anatoli Çepiqanın olduğunu deyib.

Bir qədər əvvəl “Bellingcat” tədqiqatçı qrupu da həmin şəxsin gerçək adının polkovnuk Anatoli Çepiqa olduğunu müəyyən etmişdi.

Şübhəlinin özü isə Rusiya dövlət televiziyasına Ruslan Boşirov kimi özünü təqdim etmişdi.

BBC güman edir ki, Britaniya rəsmiləri “Bellingcat” qrupunun əldə etdiyi nəticələri sual altına almırlar.

Britaniya polisi hesab edir ki, şübhəlilər öz gerçək adlarından istifadə etməyiblər.

Rusiya “Noviçok” maddəsi ilə edilmiş hücumla hər hansı əlaqəsini inkar edir.

Martın 4-də edilmiş bu hücum nəticəsində keçmiş Rusiya casusu Sergey Skripal və onun qızı zəhərləndirilmişdilər.

BBC komandası Moskvadan təxminən 8000 km şərqdə, Çin sərhədinə yaxın yerləşən Beryozovka kəndinə baş çəkib. Həmin kənddə Anatoliy Çepiqa böyüyüb, boya-başa çatıb.


Yerli sakinlərin sözlərinə görə, polkovnik Çepiqa Beryozovka kəndində daha yaşamır

Kənddə yaşayan qadın “Bellingcat” qrupunun aşkar edib yaydığı şəkildə gənc yaşlarında olan Anatolini tanıyıb.

Həmin qadın sonra, Britaniya polisnin dərc etdiyi fotoda əks olunan "Ruslan Boşirovun" da polkovnik Çepiqa olduğunu təsdiqləyib.

"Onun valideyinlərinin harada yaşadığını bilirəm, o, hərbçi olub. Zabit olub. Müharibə zonalarında döyüşüb, sonra Moskvada olub", - qadın BBC-yə deyib.

Həmin qadın adının açıqlanmamasını xahiş edib.

Yerli sakinlərin sözlərinə görə, polkovnik Çepiqa ailəsilə birlikdə Beryozovka kəndini bir neçə il bundan əvvəl tərk edib. (virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top