Tramp gələn ilin 854 milyardlıq dövlət büdcəsini təsdiqləyib


ABŞ prezidenti Donald Tramp gələn ilin büdcəsini təsdiqləyib.

ABŞ-ın gələn il büdcəsi 854 milyard dollar olacaq.

Qeyd edək ki, büdcə layihəsi Nümayəndələr Palatasından iki gün əvvəl, Senatdan isə keçən həftə keçmişdi. ABŞ prezidenti Meksika sərhədinə hörülməyə başlanan divar üçün maliyyələşmənin büdcədə əks olunmamasını tənqid etmişdi. Buna baxmayaraq, o, layihəni təsdiq edib.

Onu da bildirək ki, noyabr ayında ABŞ-da aralıq seçkilər keçiriləcək. Tramp büdcəni təsdiq etməsəydi, hökumətin fəaliyyəti müvəqqəti olaraq dayana bilərdi. Tramp layihəni imzalamaqla hökumətin fəaliyyətinin dayandırılmasını əngəlləyib.

ABŞ qanunlarına görə, 1 oktyabr tarixində başlayan maliyyə ili növbəti ilin 30 sentyabrında başa çatır. (Sputnik)

DİGƏR XƏBƏRLƏR

Top