Azərbaycan - Malta oyununun biletləri satışa çıxarılıb


Azərbaycan millisinin UEFA Millətlər Liqasının IV turunda Malta yığması ilə ev oyunu üçün biletləri satışa çıxarılıb. Yeniavaz.com report-a istinadən xəbər verir ki, azarkeşlər oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərini bu gündən əldə edə bilərlər. Üç kateqoriya üzrə biletlərin qiyməti 2 - 5 manat, VİP yerlər üçün isə 10 manat təşkil edir.

Qeyd edək ki, milli komanda oktyabrın 11-də III tur çərçivəsində Farer adalarının qonağı olacaq. D Liqasında III qrupda yer alan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 2 xalla 3-cü pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top