"İranı öz sərhədləri daxilinə sıxışdırmaq mümkün deyil"


İran Suriyada terrorizmlə mübarizəyə effektiv yardım göstərir. Yeniavaz.com axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

"İran Suriya hökumətinin dəvətiylə bu ölkənin dövlət sərhədlərini qoruyur və terrorizmlə mübarizə aparır. İran effektiv şəkildə antiterror tapşırıqlarını həll etməyə yardım edir", - deyə o bildirib.

O, İrana qarşı Yaxın Şərqdə alyansın yaradılacağı məsələsinə də reaksiya verib: "Biz eşidirik ki, Tehrana qarşı Yaxın Şərq alyansı hazırlanır. İraq, Suriya, Yəməni stabilləşdirilməsi üçün İranın mövqelərinin zəifləməsinin nə qədər real olmasını mən deyə bilmərəm. İran kimi tarixi və əhalisi olan heç bir ölkəni öz sərhədləri daxilində qəfəsdəki kimi saxlamaq olmaz. Buna ümid etmək çox sadəlövhlükdür".

DİGƏR XƏBƏRLƏR

Top