Dünyada ilk dəfə insanda bu virus aşkarlandı


Honkonq Univrsitetinin alimləri dünyada ilk dəfə olaraq insanda hepatit E siçovul virusunu aşkarlayıblar. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu kəşf böyük önəm kəsb edir, çünki indiyədək insanın siçovullardan bu virusa yoluxma halı təsbit edilməyib.

Virusa yoluxan isə 56 yaşlı kişi olub, o daha əvvəl böyrək transplantasiyasını keçirib. Onun təhlilləri aşkar səbəb olmadan orqanın anomal funksiyasını göstərib. Sonrakı araşdırma hepatit E siçovul virusu üzrə immun cavabını ortaya çıxarıb.

Alimlər güman edirlər ki, evinin ətrafında siçovulların kütləvi toplanmasının aşkarlandığı Honkonq sakini siçovulların peyininin düşdüyü qida qəbul etdikdən sonra yoluxub. Transplantasiya nəticəsində immun sstemi zəifləyən kişinin yoluxma riski böyük olub. Kişi antivirus müalicəsi alıb və hazırda vəziyyəti tam normaldır.

DİGƏR XƏBƏRLƏR

Top