Voleybol millimiz dünya çempionatına məğlubiyyətlə başladı


Azərbaycanın voleybolçu qadınlardan ibarət milli komandası bu gün Yaponiyada start götürən dünya çempionatına məğlubiyyətlə başlayıb.

Yeniavaz.com xəbər verir ki, C qrupunda yer alan yığma ilk turda ABŞ kollektivinə uduzub - 0:3 (27:29; 21:25; 21:25).

Faiq Qarayevin rəhbərlik etdiyi komanda sentyabrın 30-da Cənubi Koreya, (Bakı vaxtı ilə saat 11:10), oktyabrın 2-də Rusiya (08:40), ertəsi gün Trinidad və Tobaqo (08:40), ayın 4-də Tailand (11:10) yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, qadınlar arasında voleybol üzrə dünya çempionatı 24 milli yığma komandanın iştirakı ilə sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyanın 6 şəhərində keçiriləcək. 

DİGƏR XƏBƏRLƏR

Top