İndoneziyada 7,4 bal gücündə zəlzələ: YÜZLƏRLƏ ÖLÜ

İndoneziyada baş vermiş zəlzələ və sunami nəticəsində ölənlərin sayı 348 nəfərə çatıb. Yeniavaz.com “RİA Novosti” agenliyinə istinadla xəbər verir ki, daha əvvəl 48 nəfərin öldüyü, 356 nəfərin isə xəsarət aldığı bildirilmişdi.

Xatırladaq ki, ötən gün səhər Sulavesi adası sahillərində, Palu şəhəri yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib. Ardından bir neçə yeraltı təkan qeydə alınıb, onlardan ən güclüsünün maqnitudası 7,4 təşkil edib. Sonra isə iki metr hündürlüyündə sunami Palunu cənginə alıb.
 

DİGƏR XƏBƏRLƏR

Top