Xəstəxanalarda uzun illərdir istifadə olunan UZİ aparatları düz işləyir? - Müzakirə


"Gigiyenik sertifikatlaşma sahəsində problemlər var". Yeniavaz.com saytı xəbər verir ki, bu fikirlər "Ekoleks" Ekoloji Hüquq Mərkəzi İctimai Birliyi tərəfindən "Ekoloji nişanlar - beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi" mövzusunda keçirilən seminarda səsləndirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumat Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən tədbirdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, xüsusilə uzun illərdir fəaliyyət göstərən xəstəxanalarda avadanlıqlar yoxlanılmır, kalibrləmə aparılmır: "Bizdə olan məlumata görə ölkədə 20 mindən çox tibbi cihaz var. Azərbaycanda onları kalibrləmək üçün nə qədər etalon var? Axı etalonla tutuşdurulmalıdır ki, məsələn, hansısa xəstəxanada uzun illərdir istifadə olunan UZİ aparatı düz işləyir, yoxsa səhv? Bizdə 20 min etalon var? Yaxud hansı təşkilat gəlib bunu yoxlayır - heç kəs. Cəsarətlə deyirəm ki, tibbi cihazların 90 faizi, UZİ, rentgen aparatları və s. heç bir kalibrasiyadan keçmir. Ona görə də xəstəxanalarda, apteklərdə növbədir. Müalicə olunmaq üçün bizim yoxlamadan keçdiyimiz aparat bizə zərərli təsir göstərir. Gedin başqa ölkələrdə baxın, görün, hansında bu qədər növbə olur? Kalibrləməklə bağlı vəziyyət çox pisdir. Yalançı bir kalibrləmə həyata keçirilir və bu da bizim sağlamlığımıza öz təsirini göstərir".
Eyyub Hüseynov sertifikatlaşdırma sahəsində olan problemlərdən də danışıb: "Bizdə bir sertifikat nümunəsi var - "Yaxşı ata" sertifikatı. Üstündə möhürü də var. Serfitikatlaşdırma bu gündədir ki, molla da sertifikat verir. Ölkədə halal sertifikatı verən 8-ə qədər qurum var. Rüşvətini al, "halal" sertifikatını ver. Ukraynadan, Avropadan Azərbaycana üzərinə "halal" yazılmış "hotdoq" sosisləri gətirilir. Həmin sosislər hətta metronun "28 may" stansiyasının qarşısında da satılır. Kimdir buna nəzarət edən, kimdir yoxlayan? Heç kim, ortada heç nə yoxdur. Nəticədə dini inanclı, həssas insanların aldanması baş verir".

DİGƏR XƏBƏRLƏR

Top