Baş prokuror Gəncə hadisələri ilə bağlı tutulanların sayını açıqladı


"Gəncə hadisələri ilə bağlı indiyə qədər 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib və onlar barəsində müaviq məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilib". Bu sözləri baş prokuror Zakir Qaralov deyib.

Baş prokuror bildirib ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısına qarşı baş vermiş terror aktı və daha sonra bu terror aktına dəstək verən şəxlərin tam dairəsi müəyyən edilib: " Hadisələrlə bağlı 11 nəfər haqqında axtarış elan edilib. Axtarışda olan 2 nəfər tutularaq ölkəyə gətirilib. Cinayətkarların da yerləri müəyyən edilib, onların da ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib. Bu məsələdə heç kim məsuliyyətdən kənardan qalmayacaq. Hesab edirik ki, bu ilin sonuna qədər cinayət işi yekunlaşacaq". (Open.az)

DİGƏR XƏBƏRLƏR

Top