Putin bu gün Bakıda Qarabağ münaqişəsi barədə niyə danışmayıb?


“Rusiya prezidenti Vladimir Putini Qarabağ münaqişəsinin həlli zərrə qədər də maraqlandırmır. Putin Bakıda hər şeydən, hətta dzyu-do yarışmasından da danışdı, ancaq Qarabağ münaqişəsini "xatırlamadı"”.
Yeniavaz.com xəbər verir ki, bunu sosial şəbəkədəki səhifəsində politoloq Elxan Şahinoğlu bildirib.
“Çünki bu həll nə ona, nə də Rusiya siyasi sisteminə lazımdır. Ona görə də səfərdən əvvəl "Rusiya Ermənistana təzyiq edəcək" və ya "Putin Dağlıq Qarabağ ətrafındakı 5 rayonun boşaldılmasını gündəmə gətirəcək" söyləmləri növbəti dəfə boşa getdi”,-deyə ekspert vurğulayıb.
Politoloq bir maraqlı məqama da toxunub: “Rusiya prezidenti Vladimir Putin Bakıda belə bir cümlə işlətdi: “Biz rus dilinə olan marağı yüksək qiymətləndiririk. Azərbaycanda 300-dən artıq məktəb rus dilində tədris verir. Ən əsas dəstək isə insanların ürəyində və beyinlərindədir”. Əlbəttə, Rusiya və prezidenti üçün bu böyük uğurdur, ölkəsinin dili başqa ölkədə geniş təbliğ olunur, ancaq bunun bizim üçün nə qədər uğur olduğu düşündürücüdür. Putinin son ifadəsi də bizi xeyli düşündürməlidir: "... dəstək insanların ürəyində və beyinlərindədir".

DİGƏR XƏBƏRLƏR

Top