UEFA Ronaldunu cəzalandırdı


“Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Valensiya” ilə matçın yekunu üzrə bir oyunluq diskvalifikasiya edilib. Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. “Yuventus” sentyabrın 19-da turnirin birinci turunun oyununda səfərdə “Valensiya”nı 2:0 hesabı ilə məğlub edib. Ev sahiblərinin müdafiəçisi Ceyson Murilyo cərimə meydançasında yıxıldıqdan sonra K. Ronaldu əliylə onun başına toxunub ki, bu da kolumbiyalı futbolçunun narazılığına səbəb olub. Matçın baş hakimi alman Feliks Brıx portuqaliyalıya qırmızı vərəqə göstərib.

UEFA-nın nəzarət-intizam komitəsi epizoda baxaraq K. Ronaldunun aldığı qırmızı vərəqə görə bir oyun avtomatik diskvalifikasiyasına qərar verib. “Yuventus” ikinci turda oktyabrın 2-də “Yanq Boyz” klubunu qəbul edəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top