Merilin Monronun avtomobili hərraca çıxarıldı - 500 min dollar


Keçmiş amerikalı aktrisa Merilin Monronun avtomobili hərraca çıxarılıb.

Yeniavaz.com Trend-ə istinadən xəbər verir ki, avtomobilin ilkin qiyməti 500 min dollar olaraq qiymətləndirilir.

1956-cı il buraxılışlı "Ford Thunderbird" M.Monroya Milad bayramında hədiyyə olunub.

O, bu avtomobildə dramaturq Artur Millerlə nikah mərasimində iştirak edib.

Merilin Monro kabriolet tipli avtomobili 6 il idarə etdikdən sonra öz müəlliminin oğluna hədiyyə edib.

DİGƏR XƏBƏRLƏR

Top