Rusiyanın Suriyada itirdiyi təyyarə və helikopterlər - SİYAHI


Rusiya Hərbi Kosmik Qüvvələri 2015-ci ldə  Suriyada hərbi əməliyyat keçirməyə başlayıb. Yeniavaz.com RBK-ya istinadən Rusiyanın 3 il ərzində Suriyada itirdiyi təyyarə və helikopterləri təqdim edir:

1. 2015-ci il noyabrın 24-də Rusiyaya məxsus Su-24M bombardmançı təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcı təyyarəsi  tərəfindən vurulub. Bombardmançının pilotu katapult edə bilsə də, yerdən ona atəş açılıb. Su-24-ün katapult edən pilotu podpolkovnik Oleq Peşkov həlak olub, şturman Konstantin Muraxtin isə xüsusi keçirilmiş əməliyyat sayəsində xilas edilib. Xilasetmə əməliyyatı zamanı Mi-8 helikopteri atəşə tutularaq vurulub, nəticədə göyərtədəki matros Aleksandr Pozıniç həlak olub.

 

2. 2016-cı il aprelin 12-də Hums rayonunda Mi-28N helikopteri qəzaya uğrayb. Ekipajın iki üzvü – pilot Andret Okladnikov və şturman Viktor Pankov həlak olub. Qəzanın səbəbi isə idarəetmədə yol verilən səhv olub.

 

3. 2016-cı il avqustun 1-də İdlib vilayətində yerdən açılan atəş nəticəsində Mi-8AMTŞ helikopteri vurulub. Helikopterin Hələbə humanitar yardım çatdırdıqdan sonra Hmeymim bazasına qayıdarkən vurulduğu bildirilir. Helikopterin göyərtəsində üç ekipaj üzvü və iki zabit olub, onların hamısı həlak olub.

 

4. 2016-cı il noyabrın 3-də Rusiya Hərbi Kosmik Qüvvələrinin helikopteri Palmiranın 40 kilometr şimal-qərbində təcili eniş etdikdən sonra ekipaj üzvləri minatanlardan atəşə tutulub. Helikopter zədələndiyinə görə aerodroma qayıda bilməyib, ekipaj isə təxliyə olunub. Növbəti gün terrorçular internetdə məhv edilmiş Mi-35 helikopterinin videoyazısını yerləşdiriblər.

 

5. 2017-ci il oktyabrın 10-da Hmeymim aviabazasından havaya qalxarkən Su-24 bombardmançı təyyarəsi uçuş-eniş zolağından kənara çıxıb və tam dağılıb. Göyərtədəki hər iki pilot katapult etməyə macal tapmayaraq həlak olub. Müdafiə Nazirliyi texniki nasazlığın qəzaya səbəb olduğunu açıqlayıb.

 

6. 2017-ci il dekabrın 31-də Mi-24 helikopteri  Hama aerodromundan 15 kilometr aralıda qəzaya uğrayıb. Hər iki pilot həlak olub, bortmexanik ciddi zədə alıb, onu xilas etmək mümkün olub. Müdafiə Nazirliyi bəyan edib ki, helikopter atəşə tutulmayıb, sərt enişə səbəb isə texniki nasazlıq olub.

 

7.Fevralın 3-də İdlib təhlükəsizlik zonası üzərində uçuş dövriyyəsini həyata keçirərkən Su-25 hücum təyyarsi qəzaya uğrayıb. Pilot Roman Filipov katapult edə bilib, lakin o, silahlıların nəzarət etditi əraziyə enib, sonra isə döyüşərək həlak olub. Müdafiə Nazirliyinin məlumatına əsasən, təyyarə daşınan zenit-raket kompleksi ilə vurulub. Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə R. Filipova ölümündən sonra Rusiya Qəhrəmanı adı verilib.

 

8.Martın 6-da Hmeymim aerdromuna eniş zamanı An-26 nəqliyyat təyyarəsi qəzaya uğrayıb. O, eniş-uçuş zolağından təqribən 500 metr aralıda yerə dəyib. Təyyarənin göyərtəsində 39 hərbçi, o cümlədən general-mayor və 26 zabit olub, onların hamısı həlak olub. Müdafiə Nazirliyi ilkin versiya qismində texniki nasazlığa işarət edib.

 

9.Mayın 3-də Hmeymim bazasındakı aerodromdan havaya qalxarkən Su-30SM qırıcı təyyarəsi qəzaya uğrayıb. Müdafiə Nazirliyindən deyiblər ki, təyyarəyə atəş açılmayıb, aviaqəzanın səbəbi isə quşların mühərrikə düşməsi ola bilər. Nazirlikdən qeyd ediblər ki, təyyarənin göyərtəsindəki iki pilot həlak olub.

 

10. Mayın 7-də Suriyanın şərq rayonlarında plan uçuşlarını yerinə yetirən Ka-52 çoxhədəfli zərbə helikopteri qəzaya uğrayıb. Göyərtədəki hər iki pilot həlak olub. Müdafiə Nazirliyi ilkin versiya kimi texniki nasazlığın qəzaya səbəb olduğunu açıqlayıb.

 

11. Sentyabrın 17-dən 18-nə keçən gecə Müdafiə Nazirliyi göyərtəsində 15 hərbçi olan İl-20 təyyarəsi ilə əlaqənin kəsildiyini xəbər verib. Təyyarənin qalıqları səhər çağı Suriyanın Laziqiyyə vilayətinin sahillərində tapılıb. Bildirilib ki, təyyarə Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin S-200 kompleksi ilə vurulub. Lakin İl-20-ni zərbə altına İsrail qırıcıları qoyub.

DİGƏR XƏBƏRLƏR

Top