"İnfrastrukturun inkişafı turistlərin sayının sürətlə artmasına gətirib çıxarıb"


"Bakıda ötən ildə 430 min kvadratmetrdən çox yaşayış sahəsi istifadəyə verilib". Yeniavaz.com report-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eldar Əzizov paytaxtda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclasında bildirib.

O deyib ki, Bakıya kapital qoyuluşlarının həcmi 12 mlrd. manat təşkil edib. Onun sözlərinə görə, son 5 il ərzində Azərbaycan paytaxtında ticarət dövriyyəsi iki dəfə artaraq, təxminən, 20 mlrd. manat təşkil edib.

"İnfrastrukturun inkişafı turistlərin sayının sürətlə artmasına gətirib çıxarıb. Belə ki, 9 ay ərzində Bakıya, təqribən, 1,5 mln. turist səfər edib. İlin sonuna ötən illə müqayisədə 20%-lik artım gözlənilir", - o diqqətə çatdırıb.

E.Əzizovun sözlərinə görə, Rusiya vətəndaşları gələn turistlərin təqribən 30%-ni təşkil edirlər.

O həmçinin vurğulayıb ki, Bakı Rusiya regionları ilə əməkdaşlığı genişləndirməyi hədəf seçib.

DİGƏR XƏBƏRLƏR

Top