Alman polis əməkdaşı türk kəşfiyyatına məlumat ötürürmüş

 
Berlin polisinin yüksək rütbəli əməkdaşı Türkiyə kəşfiyyatının xeyrinə məlumat toplamaqda şübhəli bilinir. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Der Tagesspiegel” qəzeti yazıb.
 
Nəşrin məlumatına əsasən, şübhəli Almaniyada yaşayan türkiyəli müxalifətçilər barədə məlumatları, o cümlədən onların qeydiyyat ünvanlarını Ankaraya ötürüb. Məlumatın ötürülməsinin Türkiyənin Berlindəki səfirliyinin əməkdaşı vasitəsilə həyata keçirildiyi güman edilir.
 
Berlin polisi və ya prokurorluğu məlumatı hələlik nə təkzib, nə də təsdiq etməyib. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-29-da Almaniyaya səfər edəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top