Tramp: İsrail Fələstinə qarşı yaxşı bir şey etməlidir

 
ABŞ Prezidenti Donald Tramp 4 ay ərzində Yaxın Şərq sülh planını açıqlayacağını bildirib. Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, bu barədə Amerika lideri Nyu-Yorkda İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüşdə deyib.
 
D. Tramp ilk dəfə olaraq Fələstin-İsrail məsələsində iki dövlətli həll yolunu dəstəkləyib:  “Fikrimcə, ən çox işə yarayacaq həll yolu iki dövlətli nizamlanmadır, mənim hissiyatım budur. Xeyli irəliləyiş əldə olunub. İsrail ilə fələstinlilər bir şey etmək istəyirlər. Olduqca sürətlə hərəkət etməyə başlayacağıq. Qarşıdakı 2-4 ay ərzində bunu edəcəyik. Bu işi ilk prezidentlik dövrümdə həll etmək istəyirəm”.
 
ABŞ Prezidenti fələstinlilərin 100 faiz yenidən danışıqlar masasına qayıdacağını diqqətə çatdırıb: “İsrail digər tərəf üçün yaxşı bir şey etməyə məcbur qalacaq”. D.Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdıqdan sonra Fələstin ABŞ-ın münaqişədə vasitəçiləyini rədd etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top