FED bütün dünyanın gözlədiyi qərarını açıqladı

 
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED – Mərkəzi Bankın əvəzləyicisi) sentyabrın 25-26-da keçirilmiş iclasın yekunları üzrə baza faiz dərəcəsini 0,25 faiz bənd artırıb. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, FED baza faiz dərəcəsi illik 1,75-2 faizdən 2-2,25 faizədək artırıb.
 
FED bu il mart və iyun aylarında faiz dərəcəsini iki dəfə artırmışdı. Tənzimləyici 2017-ci ildə faiz dərəcəsini üç dəfə artırıb. FED ABŞ-da məşğulluq bazarının möhkəmlənməsinin davam etdiyini və iqtisadi fəallığın yüksək artım templərini qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top