Millilərimizdən Şahmat Olimpiadasında növbəti qələbələr

Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının III turu keçirilib. Bu turda Azərbaycanın kişi şahmatçılardan ibarət yığması Sloveniya komandası ilə qarşılaşıb və qalib gəlib. 

Şəhriyar Məmmədyarov qara fiqurlarla heç-heçə edib, Arkadi Naydiç, Rauf Məmmədov və Eltac Səfərli qalib gəlib.

Qadın şahmatçılarımız isə İngiltərə komandası ilə yarışıblar. Zərif şahmatçılarımız da rəqibindən üstün olub - 3:1.

Xatırladaq ki, Azərbaycanın kişi şahmatçılardan ibarət yığması II turda İtaliya komandasına 3:1 hesabı ilə qalib gəlib, qadın şahmatçılarımız isə belçikalı rəqiblərini 4:0 hesabı ilə məğlub ediblər. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top