Saxta pul hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb


Sabirabad rayon sakinindən saxta pul götürülüb. 

Yeniavaz.com Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 22-də Sabirabad rayon Polis şöbəsinə müraciət edən şəhər sakini İ.Əkbərov həmin gün mağazasına gəlmiş yeniyetmənin ona 100 manatlıq əskinas verərək tütün məmulatı aldığını bildirib. Sonradan saxta olduğunu aşkar etdiyindən mağazanın sahibi həmin pulu polisə təqdim edib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla yeniyetməyə həmin pulu iki həmyerlisinin verdiyi, sonuncuların isə qeyd edilən əskinası Rəşad adlı şəxsdən aldıqları müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Rəşad Xəlilzadə saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun əlavə olaraq 18 ədəd 100 manatlıq, 22 ədəd 50 manatlıq saxta əskinaslar hazırladığı da müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 204-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb. 

DİGƏR XƏBƏRLƏR

Top