Xanım Qafarovanın qızı "Toppuş bacı"ya yardım etdi - Ürək dağlayan görüntülər - VİDEO


ATV-də yayımlanan "BizimləSən" verilişində əmək qabiliyyətini itirən əməkdar artist Tünzalə Əliyevaya yardım aksiyası davam edir. 

Bu dəfə studiyaya mərhum aktrisa Xanım Qafarovanın qızı Gövhər gəlib. 

Gövhəri görən T. Əliyeva göz yaşlarına boğulub:

"Bilmirəm, bəlkə də çox az müddət qalıb, sənin mamanla görüşəcəyəm o dünyada. Sənə gəldiyinə görə təşəkkür edirəm, çox sağ ol". 

Xatırladaq ki, mərhum sənətkar Xanım Qafarova 2014-cü ilin iyulunda xərçəng xəstəliyindən dünyasını dəyişib. 
(Baku.ws)

DİGƏR XƏBƏRLƏR

Top