Tramp neftin qiymətini aşağı salmaq istəyir

 
ABŞ neftin qiymətlərini həddindən artıq artırılmış hesab edir və qiymətin azaldılmasında maraqlıdır. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının sessiyasının açılışında deyib.
 
Amerika Prezidenti bildirib: “Biz istəyirik ki, onlar qiymətləri qaldırmağı dayandırsınlar. Biz onların qiymətləri azaltmağa başlamasını istəyirik. Və onlar indi hərbi müdafiəyə öz əhəmiyyətli töhfələrini verməlidirlər. Biz buna, yüksək qiymətlərə uzun müddət dözmək niyyətində deyilik”.
 
D. Tramp bəyan edib ki, OPEK-in fəaliyyətini xoşlamır: “OPEK və OPEK-in üzv ölkələri həmişəki kimi qalan dünyanı soyurlar. Bu mənim xoşuma gəlmir və heç kəsin xoşuna gəlməməlidir. Biz həmin dövlətləri boş yerə müdafiə edirik, sonra isə onlar bundan istifadə edərək bizim üçün neftin yüksək qiymət tətbiq edirlər”.

DİGƏR XƏBƏRLƏR

Top