Tramp iclasa gecikdi - Növbəsi başqa prezidentə keçdi


BMT Baş Assambleyanın 73-cü sessiyası başlayıb. NTV-nin xəbərinə görə, sessiyada ilk çıxışı BMT Baş katibi Antonio Quterreş edib. Ardınca isə Braziliya prezidenti Mişel Temer çıxış edib. Ondan sonra ABŞ prezidenti Donald Tramp nitq söyləməli olsa da, o, iclasa gecikib. Buna görə də onun növbəsi Ekvador prezidenti Lenin Morenoya keçib.

Trampın BMT binasına 5 dəqiqə məsafədə yerləşən “Trump Towers”da olmasına baxmayaraq, iclasa gecikməsinin səbəbi açıqlanmayıb.

Daha sonra səhnəyə çıxan Tramp çıxışını əsasən İran üzərində qurub və bütün ölkələri İranı təcrid etməyə çağırıb:

“Mövqelərini dəyişməyənə qədər onlarla görüşməyəcəyəm. İranla yaxşı münasibətlər qurmaq üçün səbrsizlənirəm. Amma bu indi olmayacaq”.

Tramp Çinlə davam edən “iqtisadi müharibə”dən də danışıb və sərvətlərinin yağmalanmasına imkan verməyəcəyini söyləyib.

ABŞ prezidenti Şimali Koreya ilə görüşlərin isə nüvə silahları tamamilə ləğv edilənə qədər davam edəcəyini bildirib. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top