Fransada "Artsax günləri" festivalı keçirilir: XİN niyə susur?


Sentyabrın 21-dən etibarən Fransada "Fransa Artsax günləri" festivalına start verilib. Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, oktyabrın 13-dək davam edəcək festivalın Fransanın müxtəlif şəhərlərində keçirilməsi planlaşdırılır.
Məlumatda bildirilir ki, bu gün Eks-an Provans şəhərində festivalın açılış mərasimi təşkil olunub. Mərasimdə qondarma respublikanın Fransadakı daimi nümayəndəsi Hovanes Gevorkyan, Fransa-"Artsax" dostluq şurasının üzvü senator Sofi Juasen, keçmiş şəhər meri Alen Juasen, Eks-an Provansın şəhər şurasının üzvüləri, eləcə də siyasi təşkilat üzvüləri, jurnalistlər iştirak edib. 
Açılış mərasimində qeyd edilib ki, ötən ilin noyabr ayında baş tutan "Fransa Artsax günləri"ndə qondarma respublikanın  prezidenti Bako Saakyan da iştirak edib. Həmin festival Fransanın 11 şəhərində keçirilib və festivalı ziyarət edənlərə "Artsax"ın "tarixi" və "mədəniyyət" haqqında məlumatlar verilib.  
Məlumat üçün qeyd edək ki, festivalın başlamasından 4 gün ötməsinə baxmayaraq, Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə rəsmi münasibət bildirməyib. Ötən il keçirilən festival zamanı da Xarici İşlər Nazirliyi susqunluq nümayiş etdirib.
 

DİGƏR XƏBƏRLƏR

Top