Dövlət qurumlarının saytlarına nə olub? - Daxil olmaq mümkün deyil


Azərbaycanda dövlət qurumlarının rəsmi saytlarında problem yaranıb. Yeniavaz.com xəbər verir ki, "gov.az" domein sonluğu ilə bitən bütün rəsmi saytlara giriş mümkün deyil. Bu saatlarda ölkə prezidentinə məxsus "prezident.az" saytına da daxil olmaq qeyri-mümkündür. 
Qeyd edək ki, dövlət qurumlarının rəsmi saytları Xüsusi Dövlət Mühafizə Xidmətinə məxsus serverdə yerləşir. Dövlət qurumlarının saytlarının təhlükəsizliyinə də XDMX-nın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi (CERT) cavabdehdir.
Dövlət qurumlarının saytlarından yalnız "e-gov.az" ("Elektron Hökumət") saytına daxil olmaq mümkündür.
 
 

DİGƏR XƏBƏRLƏR

Top