İştirak etdiyi seçkilərdə bir dəfə də olsun qalib gələ bilməyən siyasətçi


Kanadalı elektrik mühəndisi Con Turmel 1979-cu ilən bu günə kimi iştirak etdiyi seçkilərdə 95 dəfə məğlub. Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, C. Turmel seçkilərdə iştirak etmək üzrə dünyada ən çox məğlub olan siyasətiçi statusunu qazanıb. O, siyasətə qanunsuz olaraq işlətdiyi qumarxanasının bağlanmasından sonra qoşulub. Turmelin plartformalarında başlıca mövzu qumarın qanuniləşdirliməsi idi. Qatıldığı ilk seçkilərdə cəmi 193 səs toplayan 67 yaşındakı Turmel çıxışlarında, “Seçkilər mənim üçün qalib və ya məğlub olmaq deyildir. Əsas olan fikirlərimi yaymaqdır” - deyir. Bələdiyyə seçkilərindən millət vəkilliyinə qədər bütün seçkilərdə iştirak edən Turmel, həmişə namizədliyini bitərəf olaraq irəli sürüb. O, 40 illik siyasət macərasında ən çox 4500, ən az isə 11 səs toplaya bilib.

DİGƏR XƏBƏRLƏR

Top