Rusiya saniyədə 2 min metr sürət yığan güllə hazırlayacaq


Yaxın il ərzində Rusiyada hipersəsli snayper patronları hazırlana bilər. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu “Lobaev Arms” silah şirkətinin qurucusu və baş konstruktoru Vladislav Lobayev deyib.
O bildirib: “Bu mövzunu ciddi öyrənirik. Fikrimcə, dövlətin müəyyən dəstəyi olarsa, il ərzində bu cür snayper patronlarını hazırlaaq iqtidarındayıq. Güllənin ilkin uçuş sürəti saniyədə 2 min metr təşkil edəcək. Bu isə artıq hipersəsdir. Belə patronıar barıtla deyil, xüsusi tərkibli partlayan kimyəvi maddə ilə təchiz olunacaqlar”.
Qeyd edək ki, müasir snayper tüfəngləri və patronlarının əksəri gülləni saniyədə 1200 metr ilkin sürətədək hərəkətə keçirir.
 

DİGƏR XƏBƏRLƏR

Top