Məktəblinin ölüm səbəbi məlum oldu RƏSMİ - Yenilənib

Sentyabrın 27-də paytaxtın 67 saylı məktəbində ikinci sinif şagirdinin ölümünə dilin qatlanması nəticəsində mexaniki asfiksiya səbəb olub.  Bununla bağlı “Sputnik Azərbaycan”a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib. 

Sabunçu rayonu 12-ci polis bölməsi ərazisində yerləşən məktəbdə 2011-ci il təvəllüdlü Xəlilov Sabir Adil oğlu dünyasını dəyişib. O, özünü qəfil pis hiss edib, ilkin tibbi yardım göstərilib, təəssüf ki, kömək etmək mümkün olmayıb. 

Məktəbin işçiləri təcili tibbi yardım briqadasını çağırsalar da, həkimlərin gəlişinə qədər uşaq artıq keçinib.

Əldə edilən məlumatlara görə, sentyabrın 24-də azyaşlının yüksək hərarəti olub. Buna baxmayaraq, valideynləri Sabiri məktəbə göndəriblər. 

Faktla bağlı araşdırmalar aparılır.

11:34***

Bakıda məktəblərin birində şagird dünyasını dəyişib.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu 67 saylı məktəbdə baş verib.

Belə ki, o, məktəbdə fasilə zamanı yemək yeyib, bundan sonra qəflətən halı pisləşib. İlkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Məktəbdən şagirdin ölümü ilə bağlı faktı Oxu.Az-a təsdiqləyiblər.

Bildirilib ki, təhsil müəssisəsinin II “ğ” sinif şagirdi, 2011-ci il təvəllüdlü Xəlilov Sabir Adil oğlu ötən gün saat 16:40 radələrində vəfat edib:

“Ötən gün şagird özünü narahat hiss edən anda dərhal ona ilk tibbi yardım göstərilib, təəssüf ki, kömək etmək mümkün olmayıb”.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top