Smartfonların 86%-i "Android" əməliyyat sistemi ilə çalışır


Dünyada istifadə olunan ağıllı telefonların (Smartfonlar) 86%-i "Android" əməliyyat sistemi ilə çalışır.
Yeniavaz.com "Gartner" araşdırma şirkətinin açıqladığı hesabata istinadən bildirir ki, ilk dəfə 23 sentyabr 2008-ci ildə təqdimatı keçirilən "Android" sistemi 3 ildən sonra smartfon bazarının yarıdan çoxunu sahib olub.
Açıqlanan məlumata görə, bu ilin əvvəlində dünyada "Android" əməliyyat sisteminin istifadə olunduğu 1,3 milyard ağıllı telefon mövcuddur. Ağıllı telefonların ümumi sayı isə 1 milyard 537 milyon ədəd olub.

DİGƏR XƏBƏRLƏR

Top