Netanyahu təcili Putinə zəng edərək xəbərdarlıq etdi

 
Suriyaya verilməyə hazırlaşılan S-300 zenit-raket kompleksi regionda riskləri artıracaq. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon söhbəti zamanı deyib.
 
Yəhudi dövləti hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir: “Baş nazir bəyan edib ki, qabaqcıl silahların məsuliyyətsiz əllərə verilməsi regionda riskləri artıracaq”. Məlumatda, həmçinin bildirilir: “Netanyahu bəyan edib ki, İsrail öz təhlükəsizliyini və maraqlarını qorumağa davam edəcək”.
 
Bundan başqa, B. Netanyahu telefon söhbəti zamanı İl-20 təyyarəsinin vurulmasında Suriya və İranın məsuliyyət daşıdığını qeyd edib: “İsrailin Müdafiə Ordusunun apardığı araşdırmanın və onun nəticələrinin etibarlılığına əminəm”. Bununla belə, tərəflər Suriya üzrə dialoq və koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər”.

DİGƏR XƏBƏRLƏR

Top