Avropanın 10 ölkəsində taun xəstəliyi aşkarlandı


Təkcə Belçikada deyil, Avropa İttifaqının (Aİ) azı 10 ölkəsindəki heyvanlarda Afrika donuz taunu xəstəliyi halları aşkarlanıb. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Aİ-nin İcraedici kollegiyasının nümayəndəsi Anka Paduraru deyib.
Həmin ölkələr arasında Latviya, Litva, Estoniya, Polşa, Macarıstan, Rumıniya, Çexiya və Bolqarıstan da var. Belçikanın kənd təsərrüfatı naziri Deni Dükarm bildirib ki, xəstəliklə mübarizə çərçivəsində ölkənin cənubundakı Lüksemburq əyalətində 4 mindən çox donuz kəsiləcək.
 

DİGƏR XƏBƏRLƏR

Top