Bəhram Bağırzadənin bahalı avtomobili yağışdan sonra hələ də yolda qalıb - VİDEO


Dünən yağışdan sonra avtomobili ilə Bakı küçələrində ilişib qalmış insanlardan biri də əməkdar artist Bəhram Bağırzadə oldu.
Paytaxtın Tbilisi prospektinə yaxın ərazidə yığılıb qalmış yağış sularını öz avtomobili ilə keçib getmək istəyən aktyorun maşınına su dolub, mühərrik sönüb. Avtomobili tərk etmək məcburiyyətində qalan aktyor dizlərinəcən suya girərək yolu keçib. B. Bağırzadənin bu zaman çəkdiyi video sosial şəbəkədə maraqla qarşılanmışdı. Yeniavaz.com saytı xəbər verir ki, ərazidən yağış suları çəkilsədə aktyorun maşını elə həmin yerdəcə qalıb. Videodan da göründüyü kimi aktyorun avtomobilinə ciddi ziyan dəyib, ön buferləri qopub, boyası cızılıb. İçi su ilə dolmuş "Toyota Camry" markalı avtomobili əvvəlki vəziyyətinə qaytarmaq belə görünür ki, aktyora asan başa gəlməyəcək. Avtomobilin ön dövlət qeydiyyat nömrə nişanı çıxarılıb, ancaq arxa nömrəsi üstündədir.
Qeyd edək ki, aktyor sözügedən əraziyə yaxın yerdə yerləşən yeni tikililərdən birində yaşayır. Ehtimal olunur ki, yağış yağan vaxt aktyor evə gedirmiş.
Bu gün aktyorun avtomobilinin qaldığı yerdən çəkdiyimiz videonu təqdim edirik.
Nicat

DİGƏR XƏBƏRLƏR

Top