ABŞ İranın paraddakı teraktla bağlı ittihamlarını rədd etdi

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli İranda hərbi paradda baş verən terror aktı ilə bağlı ittihamları rədd edib. Diplomat bildirib ki, İran rəhbərləri günahkarları öz ölkələrində axtarmalıdırlar.

“Ruhani bizi hər nədə istəyirsə ittiham edə bilər. Lakin onun güzgüyə baxmağı məsləhətdir”, - Heyli CNN telekanalına müsahibəsində deyib.

Heyli qeyd edib ki, ABŞ İranda və ya digər ölkədə rejimin dəyişdirilməsini istəmir.

Xatırladaq ki, İranın Əhvaz şəhərində hərbi paradda baş verən terror aktı zamanı 29 nəfər ölüb, 53 nəfər isə yaralanıb.

Onu da qeyd edək ki, İran Prezidenti Həsən Ruhani bundan əvvəl ABŞ-ın dəstəklədiyi Körfəz ölkələrinin Əhvazdakı hücuma görə məsuliyyəti üzərinə götürən Əhvaz Ərəb Demokratik Hərəkatına maliyyə və hərbi yardımlar göstərdiyini bildirmişdi: "ABŞ Körfəz ölkələrini bu cinayətləri törətmək üçün resursla təmin edir. İran bu cinayətlərə hüquqi və beynəlxalq mənfəətləri çərçivəsində cavab verəcək. ABŞ gücə sahib olanın dünyada cəzasız qalacağına inanaraq hərəkət edir. Onlar İranda etimadsızlıq mühiti yaratmaq istəsələr də buna nail ola bilmədilər. İran sanksiyaların öhdəsindən gələcək. ABŞ təcavüzkarlığına görə peşman olacaq". (Virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top