Türkiyə daha bir ölkə ilə ticarəti milli valyutada aparacaq


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, ölkəsi Venesuela ilə hesablaşmalarda iki ölkənin milli valyutadan istifadə etməklə ticarət aparmaq niyyətindədir. Yeniavaz.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, nazirin sözlərinə görə Türkiyə xarici ölkələrlə, o cümlədən Venesuela ilə ticarətdə hesablaşmaları milli valyutada aparmaq niyyətindədir.
O bildirib ki, bu, ABŞ-ın digər ölkələrə təzyiq göstərməsi üçün öz valyutasını alət qismində istifadə etməsi ilə əlaqədardır. M. Çavuşoğlu əlavə edib ki, Türkiyə hər hansı bir dövlətin öz valyutasını digər ölkələrin iqtisadiyyatına qarşı alət qismində istifadə etməsinin əleyhinədir.
O xatırladıb ki, Türkiyə hakimiyyəti bu yaxınlarda bu cür təzyiqlə üzləşib, lakin buna qarşı gəlib və iqtisadiyyatın sabitləşdirilməsi üçün zəruri addımlar atıb.
 

DİGƏR XƏBƏRLƏR

Top