İran terror aktına görə kimin məsuliyyət daşıdığını AÇIQLADI


İran Əhvazda törədilmiş terror aktına görə məsuliyyəti terrorçuluğun regional sponsorlarına və onların amerkalı təlimatçılarının üzərinə qoyur. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün “Twitter” səhifəsində yazıb.
O bildirib: “Xarici rejimlərin təyin etdiyi, öyrətdiyi, silahlandırdığı və maliyyələşdirdiyi terrorçular Əhvazda hücum həyata keçirdilər. Qurbanlar arasında uşaqlar və gənclər var. İran bu cür hücumlara görə məsuliyyəti  məsuliyyəti terrorçuluğun regional sponsorlarına və onların amerkalı təlimatçılarının üzərinə qoyur”. Nazir əlavə edib ki, İran öz vətəndaşlarını qorumaq üçün tez və qəti cavab tədbirləri görəcək.
Xatırladaq ki, Əhvazda keçirilmiş parad zamanı naməlum şəxslərin açdığı atəş nəticəsində 11 nəfər həlak olub, 20-dən çox adam yaralanıb.
 

DİGƏR XƏBƏRLƏR

Top