Bu ilin yanvar-avqust ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 517 milyon manat məbləğində sığorta haqları toplanıb, 169 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib. Yeniavaz.com Maliyyə Bazarlarına Nəzarət Palatasından açıqlanan məlumatlara istinadən bildirir ki, könüllü sığorta bazarı üzrə haqlar 374,7 milyon manat, ödənişlər isə 124,6 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 142,3 milyon manat, ödənişlər isə 43,9 milyon manat olub.
2018-ci ilin yanvar-avqust ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 72%-i könüllü, 28%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 74%-i könüllü, 26%-i isə icbari sığorta növləri hesabına formalaşıb.